Ramin Musayev: “Xəzər Lənkəran” qayıtsın, Premyer Liqada oynayacaq" - AÇIQLAMA

12:55 17 Yanvar 2017

Son zamanlar ölkə futbolunun gündəmdə olan mövzularından biri də "Xəzər Lənkəran"ın fəaliyyətini bərpa etməsi barədə yayılan xəbərlərdi.

 

Sportarena.az xəbər verir ki, klub rəsmiləri də bu məlumatları inkar etmir. Hətta onlar klubun əsas komandasının fəaliyyətinin bərpa etmə ehtimalının 60-80 faizə bərabər olduğunu bildirirlər. Bu o deməkdi ki, lənkəranlı azarkeşlər tezliklə şad xəbər eşidə bilərlər. Niyə də olmasın? Bazası, stadionu, xeyli sayda azarkeşi olan "Xəzər Lənkəran" çempionatımızın bəzəyidi. Bu komandanın yoxluğu cari mövsümdə özünü hiss etdirməyə də başlayıb.

 

 

Bəs "Xəzər Lənkəran" qayıdarsa, hansı turnirdə mübarizə aparacaq? Cənublular Premyer Liqaya yüksəlmək üçün hamı kimi birinci diviziondanmı başlamalıdımı? Bu məqamda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin "Xəzər Lənkəran” fəaliyyətini bərpa eləsin, mən onların Premyer Liqaya buraxılmasına söz verirəm” açıqlaması yada düşür. Doğrudanmı elə olacaq? Bu sualı "futbopress"ə açıqlamasında Ramin Musayev belə cavablandırıb :

 

“Bəli, “Xəzər Lənkəran” Premyer Liqada oynayacaq. Söz vermişəm, edəcəm də. Təki komanda bərpa olunsun. Qaydalar pis vəziyyəti yaxşılaşdırmaqçündü. Əgər “Xəzər Lənkəran” kimi – azarkeşi olan, ölkə futbolunda canlanmaya səbəb olan komandanın birbaşa Premyer Liqada oynamasına qərar verilsə, inanmıram ki, buna etiraz eləyən olsun, əksinə, hamı sevinər. Ona görə də, məncə, bu, qayda pozuntusu sayılmaz. Yenə deyirəm, təki, fəaliyyəti bərpa eləsinlər, doğru yol tutsunlar”.


Digər xəbərlər

Xəbər xətti