Rahid Əmirquliyev "Qarabağ"la məşqə çıxmadı

15:22 17 Yanvar 2017

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “köhlən atlar” bir günlük isitirahət ardından bu gün məşqləri bərpa edib. Günün ilk məşqi yerli vaxtla 11:00-da (Bakı vaxtıyla 12:00) start götürüb və təxminən 60 dəqiqə davam edib. Dizində ağrıları olan Rahid Əmirquliyev fizioterapivt nəzarəti altında çalışmalarını davam etdirib. Futbolçunun sabahdan etibarən komandayla məşqlərə qoşulacağı gözlənilir.

 


Qeyd edək ki, günün ikinci məşqi yerli vaxtla saat 17:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti