"Traktorsazi" liderliyi əldən verdi

17:45 17 Yanvar 2017

İran çempionatında 17-ci turun oyunları keçirlir.

Sportarena.az xəbər verir ki, Təbrizin "Traktorsazi" klubu bu gün öz meydanında  "Sanat Naft"la qarşılaşıb. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. "Traktorsazi" oyun ərzində iki dəfə hesabda önə keçsə də üstünlüyünü qoruya bilməyib.
 
Doğma meydanda vacib 2 xal itirən təbrizlilər liderliyini itirib. Təbriz klubu hazırda 34 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Persepolis"in isə 35 xalı var. 


Xəbər xətti