"Şərurspor"da iki iraqlı futbolçu

18:13 17 Yanvar 2017

Birinci divizionun iddialılarından olan "Şərurspor" növbəti transferlərini həyata keçirib.
 

Sportarena.az xəbər verir ki, naxçıvanlılar heyətini iraqlı futbolçularla gücləndirib. Onlardan biri Kamal Ali Nasir, digəri Abdulla Məhəmməddi. Hər iki futbolçu ilə 6 aylıq müqavilə imzalanıb.
 

Qeyd edək ki, bundan əvvəl komanda "Neftçi"nin əvəzedici heyətindən Rəsul Babayevi, "Şahdağ"dan isə Samir Musayevi heyətinə qatmışdı.


Digər xəbərlər

Xəbər xətti