AZAL "Kəpəz"i məğlub etdi

21:27 17 Yanvar 2017

Premyer Liqada mövsümün ikinci yarısına hazırlıqlarını Bakıda davam etdirən  AZAL və "Kəpəz" komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Sportarena.az xəbər verir ki, qarşılaşma paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. AZAL-dan  Sadio Tounkara və Röyal Nəcəfov fərqlənib. "Kəpəz"in qolunu isə Vüqar Bəybalayev vurub.


Digər xəbərlər

Xəbər xətti