Millimizin futbolçusu qol vurdu

11:13 18 Yanvar 2017

Millimizin futbolçusu Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" Türkiyə kubokunda növbəti oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, komanda qrup mərhələsinin 5-ci turuna doğma meydanda "Akhisar"la qarşılaşıb. "Bursaspor"un 1:4 hesabı ilə məğlub olub.. "Ağ-yaşıllar"ın yeganə qoluna 90 dəqiqə meydanda olan Yılmaz vurub. O, matçın 21-ci dəqiqəsində fərqlənib.

 

Qeyd edək ki, "Bursaspor" G qrupunda sonuncu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti