2016-2017-ci il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 7-ci gününü yekunlaşdırıb.
Sportarena.az xəbər verir ki, “Qırmızı-qaralar” bu gün iki hazırlıq keçib. Roman Qriqorçukun yetirmələri günün ilk yarısında nəzəri məşğələ ilə kifayətləniblər. Günün ikinci hissəsində baş tutan məşq prosesində isə “qırmızı-qaralar” toplu çalışmalarla hazırlıq keçib.