"Komandada atmosfer hər zamankı kimi yüksəkdi" - AÇIQLAMA

12:02 18 Yanvar 2017

“Qəbələ” mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirir.

 

Sportarena.az xəbər verir ki,  “qırmızı-qaralar”ın futbolçusu Ürfan Abbasov təlim-məşq toplanışı haqda fikirlərini klubun saytına açıqlayıb:

 

“Artıq bir həftədi mövsümün ikinci yarısının hazırlığına start vermişik. Məşq prosesi yüksək səviyyədə davam edir. Məşqçilər korpusunun hazırladığı proqram üzrə çalışırıq. Komandada atmosfer hər zamankı kimi yüksəkdi. Həm istirahət vaxtımız, həm də məşqlərimiz maraqlı və zövqlü keçir”.

 

Antalyadakı yoxlama oyunları haqda da danışan Abbasov komandanın mövsümün ikinci yarısına yüksək səviyyədə hazır olacağına əmindi:

 

“Baş tutan ilk yoxlama oyunundan da razı qaldım. Sabah növbəti sınağa çıxacağıq. Baş tutan məşqlər sayəsində oyundan-oyuna artıracağımıza inanıram. Təlim-məşq prosesini bu tempdə davam etdirməklə mövsümün həlledici hissəsinə yüksək səviyyədə hazır olacağıq. Bu mövsümdə hədəflərimiz yüksəkdi. Premyer Liqa və kubokdakı çıxışımızı uğurla davam etdirmək üçün bütün futbolçular məşqlərdə səylə çalışır”.


Digər xəbərlər

Xəbər xətti