Millinin məşqçiləri "Neftçi"niin oyununu izlədilər

12:25 18 Yanvar 2017

Azərbaycan millisinin məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç, həmçinin 21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Yaşar Vahabzadə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin oyununu izləyiblər.

Sportarena.az xəbər verir ki, millinin məşqçiləri “ağ-qaralar”ın Rusiyanın “Tosno” komandası ilə matçında olublar.

Qeyd edək ki, sözügedən yoxlama matçı “sülh”lə bitib - 2:2.


Xəbər xətti