"Zirə" Qırğızıstan klubunu məğlub etdi - YENİLƏNİB

19:00 18 Yanvar 2017

“Zirə” Antalya toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, təmsilçimiz Qırğızıstanın “Dordoy” klubu ilə qarşılaşıb. Matçda hesabı bişkeklilər açsa da, komandamız ikinci hissədə vurduğu iki qol sayəsində qələbə qazanıb - 2:1. "Zirə"nin qollarını Milan Duriç və Vüqar Mustafayev vurub.

 

Qeyd edək ki, “Zirə” Antalyada ikinci və sonuncu yoxlama görüşünü isə yanvarın 22-də Bolqarıstan təmsilçisi "Lokomotiv"ə (Qorna) qarşı keçirəcək.


Xəbər xətti