Bakı şəhərindəki 167 nömrəli tam orta məktəbin üçüncü sinif şagirdi Rahim İsmayılov Gürcüstanın Batumi şəhərində keçirilən karate üzrə dünya çempionatında qızıl medal qazanıb.
Sportarena.az xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib. İsmayılov bu uğura finalda erməni idmançısını 10:0 hesabı ilə məğlub etməklə nail olub.
Əvvəllər o, Ukraynada keçirilmiş dünya kubokunda birinci, İranda təşkil olunmuş dünya çempionatında isə üçüncü yerə layiq görülüb. Türkiyədə keçirilmiş dünya kubokunda isə 25 kq çəki dərəcəsində üçündü yeri tutub. Karateçi ölkədaxili yarışlarda da bir neçə dəfə medalçılar sırasına düşüb.