"Qarabağ" "Styaua"nı məğlub etdi - YENİLƏNİB

20:23 18 Yanvar 2017

Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan "Qarabağ" bu gün ikinci yoxlama matçını keçirib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu Rumıniyanın "Styaua" klubu ilə üz-üzə gəlib. Görüş komandamızın 2:0 hesablı qələbəsi ilə nəticələnib..

 

Qeyd edək ki, "Qarabağ" toplanış çərçivəsində ilk matçında Albaniyanın "Skenderbue" klubunu 1:0 hesabı ilə məğlub edib.

 

 

18 yanvar

Yoxlama oyunu

“Qarabağ” - “Styaua” 1:0

Qol: Ndlovu, 26. Muarrem, 59.

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Miçel, 14. Rəşad Sadıqov, 15. Rahid Əmirquliyev, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.

 


Digər xəbərlər

Xəbər xətti