Van Qal üsyan edir - "Fikirlərim təhrif olunub"

15:08 18 Yanvar 2017

Hollandıyalı mütəxəssis Lus van Qal məşqçilik karyerasını başa vurması haqda yayılan xəbərləri təkzib edib.

 

Sportarena.az xəbər verir ki, İspaniyanın “As” nəşrinə danışan çalışdırıcı bildirib ki, fikirləri jurnalistlər tərəfindən təhrif olunub.

 

“Mən karyeramı başa vurmamışam. Sadəcə, bir illik fasilə götürmüşəm. Hər şey alacağım təkliflərdən asılıdır. Qərarımı iyulda verəcəyəm. İspaniyaya qayıda bilərdim. Bir ay əvvəl “Valensiya”dan təklif alsam da, imtina etdim”.


Digər xəbərlər

Xəbər xətti