"Qəbələ"dən minimal hesablı qələbə - YENİLƏNİB

19:54 18 Yanvar 2017

Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışını davam etdirən "Qəbələ" bu gün ikinci yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa klubu Rumıniyanın “Qaz Metan” klubu ilə üz-üzə gəlib. Təmsilçimiz Filip Ozobiçin 30-cu dəqiqədə vurduğu yeganə qol sayəsində qələbə qazanıb - 1:0.

 

Qeyd edək ki, "Qəbələ" ilk yoxlama oyununda Albaniyanın "Partizani" klubuna 1:3 hesabı ilə məğlub olub.

 

18 yanvar

Yoxlama oyunu

18:00. “Qəbələ” - “Qaz Metan” 1:0

Qol: Ozobiç, 30.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 20. Rikardinyo, 3. Vojislav Stankoviç, 88. Tellur Mütəllimov, 34. Ürfan Abbasov, 7. Nika Kvekveskiri, 6. Rəşad Sadiqov (k), 14. Cavid Hüseynov, 19. Filip Ozobiç, 10. Ruslan Qurbanov, 9. Sergey Zenyov

Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 21. Roman Hüseynov, 44. Rafael Santos, 77. Araz Abdullayev, 4. Elvin Camalov, 32. Rəşad Eyubov, 11. Asif Məmmədov, 29. Hacıağa Hacıyev 


Digər xəbərlər

Xəbər xətti