"Alanyaspor"da Ertuğrul Sağlam şoku - "Razılaşmadıq"

22:47 18 Yanvar 2017

Türkiyənin Super Liqa təmsilçisi “Alanyaspor”un baş məşqçi Ertuğrul Sağlamla anlaşdığı barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, Sağlam klub idarəçiləriylə şəkil də çəkdirmişdi. Ancaq son anda tərəflər razılığa gələ bilməyiblər. Klubun idman direktoru Taner Savut Türkiyə mətbuatına açıqlamasında Sağlamla anlaşa bilmədiklərini təsdiq edib:

 

“Bəli, xəbərlər düzdü. Sağlamla kiçik detallarda razılaşa bilmədik. Yeni məşqçimizin kim olacağıyla bağlı hələ heç bir şey bəlli deyil. Axtarışlarımız davam edir”.

 

Sağlam isə mətbuata açıqlamasında komandanın yenidən qurulmasıyla bağlı razılaşa bilmədiklərini deyib.

 


Digər xəbərlər

Xəbər xətti