Svanadze: "Təəssüf ki, “rikoşet”dən qol buraxdıq" - AÇIQLAMA

10:41 19 Yanvar 2017

“Bu gün güclü rəqibə qarşı yaxşı oyun keçirdik. Rəqib sürətli oynayırdı, birinci hissədə bizə bir az çətin oldu”.
 

Sportarena.az xəbər verir ki, bu sözləri Bakı “İnter”inin baş məşqçisi Zaur Svanadze deyib. Gürcüstanlı mütəxəssis Antalya toplanışı çərçivəsində  Rumıniyanın “Botoşani” klubu ilə keçirilən yoxlama oyununu (1:1) şərh edib:
 

“Komanda istədiklərini həyat keçirə bilmədi. Lakin ikinci hissədə artırmağa və sürətli oynamağa başladıq. Oyun sərt keçdi.  Hər iki komandanın qapısı qarşısında qol vəziyyətləri yarandı. Yaxşı qol vurduq, lakin təəssüf ki, “rikoşet”dən qol buraxdıq. Ümumilikdə yaxşı oyun alındı, komandadan razı qaldım”.


Digər xəbərlər

Xəbər xətti