"50 faiz hazır vəziyyətdəyik" - Sadiqov - AÇIQLAMA

11:32 19 Yanvar 2017

“Təlim-məşq toplanışında ikinci oyunumuzu keçirdik. İlk matçla müqayisədə daha yaxşı oynadıq. Çünki Albaniya “Partizani”si ilə qarşılaşma ilk oyunumuz idi. Cəmi iki məşq edib, matça çıxmışdıq”.
 
 
 
Sportarena.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin kapitanı Rəşad Sadıqov deyib. O, klubun saytına açıqlamasında Antalya toplanışı çərçivəsində Rumıniyanın “Qaz Metan” klubuna qalib gəldikləri yoxlama oyunu haqda danışıb:
 

“Bu dəfəki rəqibimiz “Partizani” ilə müqayisədə daha güclü komanda idi. Rumıniya təmsilçisi öz çempionatında liderlər qrupundadır. Buna baxmayaraq, indi daha yaxşı oynadıq. Çünki həm albaniyalılarla matça qədər az məşq etmişdik, həm də fərqli heyətlərlə mübarizə apardığımızdan oyunun tempini tam tuta bilmədik”.
 
 
Sadiqov “qırmızı-qaralar”ın hazırlığını da dəyərləndirib:
 
 
“Mövsümün ikinci yarısına tam hazır olduğumuzu deməzdim. İndi təxminən 50 faiz hazır vəziyyətdəyik. Hələ üzərimizdə, məşqlərdə çalışmalıyıq. Hazırlıq keçdikcə yavaş-yavaş oyun planında da hər şey qaydasına düşür. Cəmi bir həftədir hazırlığa start vermişik. Qarşıdakı yoxlama oyunlarından sonra hazırlığımız yüksək səviyyədə olacaq. Düzdür, hazırkı vəziyyətdə “Qaz Metan” kimi komanda üzərində qələbə qazandıq. Yoxlama oyununda nəticə önəmli sayılmasa da, qələbə böyük amildir. Qalib gələndə futbolçularda özünəinam artır”.
 


Xəbər xətti