Futbolçu terrorçu elan olundu

12:55 19 Yanvar 2017

Misir millisinin sabiq üzvü Mohamed Abotrika ölkəsində terrorçu elan edilib.

 

Sportarena.az xəbər verir ki, onun "Müsəlman Qardaşlar" terror təşkilatı ilə bağlantısı olduğu iddia edilir. Bu səbəbdən yığmanın sabiq üzvünün adı terrorçular siyahısına daxil edilib.

 

İddialara görə, Abotrika 2015-ci ildə yaratdığı "Tours" turizim şirkəti üzərindən "Müsəlman Qardaşlar" təşkilatına pul yardımı edib. Bu səbəbdən onun qurduğu şirkətlərə əl qoyulub. Sabiq futbolçunun vəkili Mohamed Osman isə verdiyi açıqlamada bu qərara etiraz edəcəklərini bildirib.

 

Qeyd edək ki, Abotrika peşəkar futbolçu karyerasına 2013-cü ildə yekun vurub. O, Misir millisinin heyətində 100 oyun keçirib. İki dəfə Afrika Millətlər Kubokunun qalibi olan misirli oyunçu, 2008-ci ildə Afrikada ilin futbolçusu seçilib.


Digər xəbərlər

Xəbər xətti