AFFA-dan "qara bazar" xəbərdarlığı - MÜSAHİBƏ

13:48 19 Yanvar 2017

AFFA-nın bilet satışı meneceri Kamran Abasov federasiyanın saytına müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

 

- Azərbaycan - Almaniya oyununun bilet satışı nə vaxt başlayacaq?
- Onlayn satış yanvarın 10-da başlayıb. Biletləri “tickets.affa.az” saytından əldə etmək olar. Fevralın 1-dən etibarən şəhərin müxtəlif yerlərində bilet satışı məntəqələri fəaliyyətə başlayacaq. Rəqib komandanı və stadionun tutumunun azlığını nəzərə alaraq, oyun biletlərinin “qara bazar”a çıxarılmasının qarşısını almaq üçün satışa əvvəlki oyunlarımızla müqayisədə daha tez başlamışıq.

 

- Biletlərin qiymətləri neçəyədi?
- Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 5, 9, 14, 19 və 50 manatdı. Qiymətləri təyin edərkən müxtəlif alıcı kateqoriyasını nəzərə almışıq. Stadionun təxminən yarısı minimal qiymətə - 2 manata olan biletlərdi. Digər yarısı isə müxtəlif kateqoriyalar üzrə bölünüb.

 


- “Qara bazaar”a qarşı hansı tədbirlər görülüb?
- Azarkeşlərin süni qiymət artımı və bilet tapa bilməmə kimi problemlərlə qarşılaşmamaları üçün tez bir zamanda onlayn şəkildə və ya 1 fevral tarixindən şəhərin müxtəlif yerlərində fəaliyyətə başlayacaq bilet satışı məntəqələrindən bilet əldə etməyə çağırırıq. Biletlərin “qara bazaar”a çıxarılmasının qarşısını almaq üçün bir nəfər şəxsiyyət vəsiqəsini təqdim etməklə maksimum 5 bilet ala bilər.

 


- Onlayn bilet alanlar biletlərini necə əldə edə bilərlər?
- “tickets.affa.az” ünvanından bilet aldıqdan sonra 1 fevral tarixindən bilet satışı məntəqələrindən şəxsiyyət vəsiqəsi və e-mail ünvanına göndərilmiş vauçeri təqdim etməklə biletləri əldə etmək olar.


Digər xəbərlər

Xəbər xətti