"Qarabağ" Reynaldonu satmağın tərəfdarıdır" - Meneceri AÇIQLADI

14:02 19 Yanvar 2017

"Qarabağ"ın futbolçusu Reynaldo Silvanın meneceri Tural Əsgərov braziliyalı oyunçu ilə bağlı Türkiyənin "Ajansspor" agentliyinə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, superliqada yarışan "Gənclərbirliyi" və "Adanaspor" klublarının Reynaldo ilə maraqlandığını təsdiqləyib:

 

"Gənclərbirliyi" ötən həftə Reynaldo ilə maraqlandı. Stankunun komandadan ayrılmasından sonra Reynaldonun transferi yenidən gündəmə gəldi. "Adanaspor" da futbolçunun xidmətində maraqlı idi. Maddi baxımdan bu klubla razılığa gələ bilmədik. "Adanaspor" Reynaldonun istədiyi pulu vermədi".

 

Əsgərov bildirib ki, braziliyalı oyunçu futbolçu karyerasını Türkiyə və ya Avropada davam etdirmək istəyir:

 

"Onun "Qarabağ"la 1.5 illik müqaviləsi var. "Qarabağ" onun icarəyə verməyin yox, satmağın tərəfdarıdır".


Digər xəbərlər

Xəbər xətti