Sportarena.az
13 Dekabr 2017

Serjinyo: "Daha çox xal toplaya bilərdik" - MÜSAHİBƏ

12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kəpəz”in portuqaliyalı futbolçusu Serjinyo klubun saytına müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Serjinyo, cempionatın ilk yarısı üçün “Kəpəz”in çıxışını necə qiymətləndirirsən?
- Mövsümün ilk iki dövrəsi bizim üçün heç də pis keçmədi, amma düşünürəm ki, daha yaxşı çıxış edə bilərdik. Heç-heçə başa çatan 2-3 matçda qələbə qazansaydıq, daha çox xal toplaya bilərdik. Bunun da sayəsində turnir cədvəlində üst pillələrdə olacaqdıq.

 

- Uğurlu nəticə qazanmağa nə çatmadı? 
- Sadəcə, bəzi oyunlarda məşqçinin tələblərini düzgün yerinə yetirə bilmədik və yaxşı oynamadıq. Həmçinin, buraxılan bir neçə qolda yaraşmayan səhvə yol verdik. İndiki halda bu səhvlərdən nəticə çıxarıb, növbəti matçlarda daha yaxşı oynamaq lazımdı.

 

- Baş məşqçi səni oyunlarda gah cinah yarımmüdafiəçisi mövqeyində, gah da meydanın mərkəzində oynatdı. Serjinyo üçün harda oynamaq rahatdı? 
- Harda oynamağım önəmli deyil və bunu problem hesab etmirəm. Odu ki, heç bu haqda da düşünmürəm. Digər klublarda da siz dediyiniz mövqelərdə çıxış etmişəm. Mənim üçün əsas olan daim oynamaq və komandaya kömək etməkdir. Bunun üçün meydanda çalışıram.

 

- Yəqin ki, hələ ən yaxşı oyununu göstərməyibsən. Çünki daha yaxsı çıxış edə biləcəyinə əminik. Bunun uyğunlaşma ilə baglı olduğunu düşünürük. Artıq müəyyən müddət keçib. Qış fasiləsindən sonra daha yaxşı Serjinyonu görə biləcəyik?
- Bəli, bu günə kimi oynadığımdan daha yaxşı çıxış etməyə çalışacam. İstəyirəm ki, daha çox inkişaf edim və komandaya xeyrim dəysin. Çox sakitəm, gördüyüm işdən də məmnunam. Zamanla ən yaxşısını edə bilərəm. Ancaq istənilən halda, məncə, bu günə kimi heç də pis təsir bağışlamadım və demək olar ki, hər matçda komandaya kömək edə bildim. Ola bilər azarkeşlər mənim önə qaçıb qol vurmağımı arzulayırlar. Düzdü, çıxış etdiyim mövqe rəqib qapısına yaxındı, amma bu, o qədər də asan məsələ deyil. Mənim oyun üslubum əsasən təhlükəli epizodlar yaratmaq, hücumçulara qol ötürməsi verməkdi. Bütün matçlarda bunu etməyə çalışıram.

 

- Adətən legionerler yerli futbolculardan bir baş üstun olmalıdırlar. Bu səbəbdən də azarkeşlərin sizdən gözləntiləri böyukdu. Yəqin ki, bununla razılaşırsan…
- Düşünürəm ki, legionerlər və yerli oyunçular arasında böyük fərq yoxdu. Əcnəbilər taktiki cəhətdən və oyun təfəkküründə bir qədər fərqli oynaya bilər. Amma hamımız bir komandanın parçasıyıq və bizə verilən tapşırığa uyğun çıxış edirik. Azarkeşlər tək biz legionerlərdən yox, yerli futbolçulardan da çox şey gözləyirlər.

 

- “Kəpəz” qarşısına Avropa Liqasına düşmək vəzifəsi qoyub. Bu məqsədə çatmaq mümkün olacaq?
- Bəli, məncə, bu məqsədə çata bilərik. Çempionatın ikinci yarısı hələ qarşıdadı. Yerimizdən asılı olmayarq bizim də şansımız itirilməyib. Bunun üçün hər oyunda sona qədər döyüşəcəyik. Biz yenidən Avropa Liqasına getmək istəyirik.

 

- “Kəpəz”dən təklif olsa daha bir il komandada qalmaq istəyərsən? 
- Hazırda bunun haqqında çox düşünürəm, əlbəttə ki, “Kəpəz” mənə yeni müqavilə təklif etsə, razılaşmaq olar. Dəvət olarsa, komandada qalmaq istəyərəm. “Kəpəz”i çox sevirəm.

Tarix
19.01.17 [14:57]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

13 Dekabr
12 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio