"Sumqayıt" öndə olduğu oyunu uduzdu - YENİLƏNİB

19:14 19 Yanvar 2017

Antalyada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" bu gün sonuncu yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Qazaxıstanın "Atırau" klubu ilə qarşılaşıb. "Kimyaçılar" matçda hesabı açan tərəf olsalar da, sonda görüşdən məğlub ayrılıblar - 1:2.

 

Qeyd edək ki, "Sumqayıt" Antalyada bundan əvvəlki yoxlama matçlarının hamısında uduzub. "Kimyaçılar" öncə "Skenderbeu"ya (Albaniya) 1:3 daha sonra "Nasaf"a (Özbəkistan) 0:1 hesabıyla məğlub olmuşdu.

 

19 yanvar

Yoxlama oyunu

“Sumqayıt” – “Atırau” - 1:2

Qol: Məhəmməd Qurbanov, 33-p.

“Sumqayıt”: Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Azər Salahlı, Nicat Muxtarov, Mirabdulla Abbasov, Kamran Abdullazadə, Fərhad Qıstarov, Amil Yunanov, Məhəmməd Qurbanov.


Digər xəbərlər

Xəbər xətti