"Neftçi" Antalyadan qələbəsiz qayıdır - YENİLƏNİB

19:54 19 Yanvar 2017

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama matçına çıxıb. 

 

Sportarena.az xəbər verir ki, "ağ-qaralar"ın rəqibi Rumıniyanın "Konkordiya" klubu ilə qarşılaşıb. Paytaxt klubu bu görüşdə də heç-heçə edib - 1:1.
 

Qeyd edək ki, “Neftçi” bundan əvvəlki yoxlama matçlarında Türkiyə "Sivasspor"u (0:0) və Rusiya "Tosno"su (2:2) ilə bərabərə qalmış, Albaniyanın "Kukesi" klubuna isə məğlub olmuşdu - 2:4.

 

 

19 yanvar

Yoxlama oyunu

“Neftçi” – “Konkordia” 1:1

Qol: C. İmamverdiyev, 67.

“Neftçi”: 33. Boban Baykoviç, 22. Mahir Şükürov (k), 15. Ruslan Abışov, 25. Kirill Petrov, 29. Georgi Navalovski, 8. Zdenek Folprext, 13. Murad Ağayev, 10. Cavid İmamverdiyev, 19. Fəhmin Muradbəyli, 17. Rəhman Hacıyev, 14. Ramon Kardozo

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 3. Jairo Rodriges, 9. Namiq Ələsgərov, 11. İqnasio Errera, 23. Tərzin Cahangirov, 27. Məqsəd İsayev


Digər xəbərlər

Xəbər xətti