Depay Fransa yolunda

16:15 19 Yanvar 2017

“Mançester Yunayted”in futbolçusu Memfis Depay karyerasını Fransada davam etdirməyə yaxındı.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa klubu "Lion"la futbolçunun keçidi haqda razılığa gəlib. Liqa 1 təmsilçisi holland futbolçuya görə qarşı tərəfə 16 milyon funt ödəməyə hazırdı. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

 

"Mançester Yunayted" "Lion"la anlaşmaya xüsusi bənd əlavə edilməsini istəyir. Belə ki, "qırmızı şeytanlar" istədikləri var Fransa klubunun pulunu geri ödəməklə Depayı istənilən vaxt satdığı qiymətə geri almaq hüququ verəcək.


Digər xəbərlər

Xəbər xətti