Olimpiya çempionu hərbi xidmətdə - Ordu hər bir kişinin keçməli olduğu məktəbdir

16:38 19 Yanvar 2017

Qazaxıstan yığmasının azərbaycanlı ağırlıqqaldıranı Nicat Rəhimov hərbi xidmətə yollanıb.
 

Sportarena.az xəbər verir ki, 24 yaşlı idmançı Qazaxıstan ordusunda xidmət edir. O, hərbi qulluqda olsa da, məşqlərini davam etdirəcək.  Millimizdən imtina edən Olimpiya çempionu Qazaxıstan ordusunun formasını geyinməsi ilə fəxr etdiyini bildirib:

 

“Hər bir insan vətəninə xidmət etməlidir. Ordu hər bir kişinin keçməli olduğu məktəbdir. Mən hər bir zaman hərbi formanı geyinməyə hazıram və bununla qürur duyuram”.
 


Qeyd edək ki, 2014-cü ildən Qazaxıstan vətəndaşlığını qəbul edən və bu ölkəni təmsil edən Nicat Rəhimov Rio-2016-nın qalibidir. 


Digər xəbərlər

Xəbər xətti