"Qəbələ" heç-heçə etdi - YENİLƏNİB

20:12 19 Yanvar 2017

Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan "Qəbələ" bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
 

Sportarena.az xəbər verir ki, Roman Qriqorçukun komandası Qazaxıstanın "Ordabaşı" klubu ilə qarşılaşacaq. Görüşdə qapılara qol vurulmayıb - 0:0.

 

Qeyd edək ki, "Qəbələ" buna qədər Albaniyanın “Partizani” klubuna məğlub olub (1:2), Rumıniya təmsilçisi “Qaz Metan”a isə 1:0 hesabı ilə qalib gəlib. "Qırmızı-qaralar"ın sonuncu yoxlama oyunu isə yanvarın 23-də "Şkendiya"ya (Makedoniya) qarşı olacaq.
Yoxlama oyunu

 

19 yanvar
Yoxlama oyunu
18:00.“Qəbələ” – “Ordabaşı” 0:0

“Qəbələ”: 33. David Pietrzkeviç, 88. Tellur Mütəllimov, 3. Vojislav Stankoviç, 44. Rafael Santos, 32. Rəşad Eyubov, 27. Teo Uiks, 14. Cavid Hüseynov, 11. Asif Məmmədov, 77. Araz Abdullayev, 21. Roman Hüseynov, 30. Ramazan İsayev

Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 98. Rövlan Muradov, 26. Ülvi İbazadə, 29. Hacıağa Hacıyev


Digər xəbərlər

Xəbər xətti