"Kəpəz" "Qaradağ"ı uddu, "Zaqatala"nı gözləyir

17:31 19 Yanvar 2017

Bu gün “Kəpəz” növbəti sınaq matçını keçirib.

 

 

Sportarena.az xəbər verir ki, gəncəlilər Birinci Divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb. Şahin Diniyevin komandası Bakıda baş tutan yoxlama görüşünü 2:1 hesablı qələbəylə yekunlaşdırıb. Gəncə klubunun qollarını Fərid Məmmədovla Tural Rzayev vurub.

 

 

Axşam saatlarında Diniyevin yetirmələri bir matça da çıxacaq. “Kəpəz” aşağı liqa komandası “Zaqatala”yla üz-üzə gələcək.

 

Qeyd edək ki, daha öncə Gəncə təmsilçisi MOİK (0:0) və AZAL-la (1:2) sınaq oyunları keçirmişdi.


Digər xəbərlər

Xəbər xətti