"İnter" qalib gəldi - YENİLƏNİB

20:18 19 Yanvar 2017

Antalyada təlim-məşq toplanışında olan "İnter" bu gün növbəti yoxlama oyununa çıxıb.

 

 

Sportarena.az xəbər verir ki, "bankirlər" Tacikistanın "İstiqlol" klubu ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 

"İnter" Antalyada bundan əvvəl keçirdiyi iki yoxlama matçında heç-heçə edib. Qazaxıstanın "Ordabası" klubu ilə qolsuz bərabərə qalan Bakı təmsilçisi daha sonra Rumıniya "Botoşani"siylə “sülh bağlayıb” - 1:1.
 

 

19 yanvar

Yoxlama oyunu

18:00 İnter - İstiqlol (Tacikistan) 2:1

Qol: Mirhüseyn Seyidov, 53, Pərdis Fərcad-Azad, 74

İnter: Orxan Sadıqlı, Adrian Skarlatake, Abbas Hüseynov, Fuad Bayramov, Mirhüseyn Seyidov, Məmməd Quliyev, Qara Qarayev, Sərtan Taşkın, Pərdis Fərcad-Azad, Aqşin Quluzadə, Mirsahib Abbasov.


Digər xəbərlər

Xəbər xətti