Mənsimov tapşırıq verdi: "Xəzər Lənkəran"la bağlı yeni plan hazırlayın"

20:00 19 Yanvar 2017

"Xəzər Lənkəran"ın fəaliyyətini yenidən bərpa etməsi son günlərin ən aktual mövzusudu.

 

 

Sportarena.az xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev cənub təmsilçisini Premyer Liqaya buraxmağa hazır olduqlarını bildirib. PFL-in birinci şəxsi iddia edib ki, hər şey "ağ-yaşıllar"ın özündən asılıdı, dönüş qərarı versələr, AFFA İcraiyyə Komitəsində bunun əksinə çıxan olmayacaq.


Sportinfo.az-ın məlumatına görə, klubun fəxri prezidenti Mübariz Mənsimov "Palmali"nin Bakı ofisinin nümayəndələri ilə görüşüb. İstanbulda yaşayan oliqarx "Xəzər Lənkəran"ın uşaq futbolundakı vəziyyəti, stadion və bazanın halıyla maraqlanıb. Mənsimov XL-nın yaxın 3-4 ildə nə iş görəcəyi ilə bağlı tədbirlər planının hazırlanmasını və martda ona təqdim olunmasını istəyib.


Digər xəbərlər

Xəbər xətti