"Hər şey qaydasındadır" - Qriqorçuk - AÇIQLAMA

10:06 20 Yanvar 2017

“İki gündə iki yoxlama oyunu keçirdik. Prinsipcə, bu düzgün yanaşmadır. Dünən bir heyətlə, bu gün başqası ilə mübarizə apardıq. “Qaz Metan”la görüşdə 45 dəqiqə oynayan bəzi oyunçular bu gün yenə şans qazandı. Bunu normal hesab edirəm. Elə bölüşdürmüşük ki, kimə lazımdırsa, o da daha çox oynasın. Cavid Hüseynov dünən 45 dəqiqə, bu gün bütün matçda meydanda oldu".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Qazaxıstanın “Ordabası” klubu ilə yoxlama oyunundan (0:0) sonra deyib. O, hazırlıq baxımından hər şey yaxşı keçdiyini bildirib:

 

"Futbolçuların çoxunu müxtəlif mövqelərdə sınadıq. Bizim üçün informasiya baxımından faydalı oldu. Ümumilikdə toplanışa gəlincə, hazırlığa bir az gec başlasaq da, hər şey qaydasındadır. Yaxşı şəraitdə hazırlıq keçirik. Hava şəraiti də toplanış üçün münasibdir. Narazılıq üçün əsas yoxdur”.


Digər xəbərlər

Xəbər xətti