Xərçəngə yoluxmuş futbolçu məşqlərə başladı

14:46 20 Yanvar 2017

"Athletik Bilbao"nun xərçəngə yoluxmuş futbolçusu Yeray Alvares məşqləri bərpa edib.
 
 
Sportarena.az xəbər verir ki, klubun saytı gənc müdafiəçinin durumunda müsbət dinamika müşahidə olunduğunu bildirib. Alvares isə açıqlamasında ona dəstək olanlara təşəkkür edib və özünü yaxşı hiss etdiyini söyləyib.

 

Qeyd edək ki, 21 yaşlı müdafiəçidə dekabrın sonlarında bədxassəli şiş aşkarlanmışdı. Dekabrın 26-da əməliyyat olunan futbolçu qısa müddət sonra evə buraxılmışdı.


Xəbər xətti