"Qəbələ" "Traktorsazi"ni darmadağın etdi

22:44 20 Yanvar 2017

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin əvəzedici komandası üçüncü yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” İranın “Traktorsazi” klubunun əvəzediciləri ilə qarşılaşıb. Matçdan öncə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Hər iki komanda görüşə qara sarğı ilə çıxıb.

“Qəbələ”nin üstünlüyü ilə keçən oyun əvəzedicilərin böyük hesablı qələbəsi ilə başa çatıb. Komandamız rəqibini böyük hesabla məğlub edib - 4:1. “Qırmızı-qaralar”ın qollarını Qədir Bayramlı, Səid İbadov, Rövlan Muradov və Nurlan Quliyev vurublar.  

Xatırladaq ki, "Qəbələ"nin əvəzediciləri ilk iki oyunda Albaniyanın “Partizani” (2:6) və Türkiyənin “Manavqatspor” (4:1) klubları ilə qarşılaşıb.


Digər xəbərlər

Xəbər xətti