Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 10-cu gününü yekunlaşdırıb.
Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” dünən bir məşq keçib. Roman Qriqorçukun komandasının hazırlığı günün ilk yarısında gerçəkləşib. Fitnes hazırlığı keçən futbolçular bərpa məşqi ilə kifayətlənib.