Dünya futbolunda tarixi gün - FİFA cəzalandırıldı

11:46 21 Yanvar 2017

Dünya futbolu tarixində bir ilk yaşanıb.

 

Sportarena.az xəbər verir ki, futbol aləmində hamıdan daha çox cəza vermək hüququna sahib olan FİFA bu dəfə özü eyni halla üzləşib. Qitənin ali futbol qurumu Belçika məhkəməsi tərəfindən cərimələnib.

 

Belə ki, 2015-ci ildə "Şarlerua" klubunun fransalı yarımmüdafiəçi Lassana Diarranın transferinə haqsız şəkildə əngəl yaratdığı üçün cəzaya məruz qalıb. Cərimələn tək qurum FİFA olmayıb. Bu ölkənin futbol federasiyası da bu məsələdə iştirak etdiyi üçün eyni səbəbdən cəzalandırılıb.

 

Hər iki qurum "Şarlerua"ya ümumlikdə 6 milyon avro ödəyəcək.


Digər xəbərlər

Xəbər xətti