Cerrard "Liverpul"a qayıtdı

12:04 21 Yanvar 2017

"Liverpul"un canlı əfsanəsi Stiven Cerrad doğma klubuna geri dönüb.

 

Sportarena.az xəbər verir ki, ötən il noyabrında futbolçu karyerasını başa vuran keçmiş yarımmüdafiəçinin İngiltərənin tanınmış iki kanalından birində şərhçi kimi çalışacağı gözlənilirdi. Hətta futbolçu "Sky Sports" və "BT Sports"a mütəxəssis kimi dəvət almağa başlasa da, "Liverpul"dan gələn təklif onun həyatında yeni səhifə açıb.

 

Belə ki, Cerrard bundan sonra "qırmızılar"ın futbol akademiyasında çalışacaq. Həmçinin klub onun məşqçi kimi yetişməsində maraqlı olduğundan bu yöndə bütün təhsil xərclərini öz üzərinə götürüb. İngiltərə mətbuatı artıq indidən Stiv Cini komandanın hazırkı baş məşqçisi Yurgen Kloppa əvəzləyəcisi kimi görməyə başlayıb.

 


Xəbər xətti