"İnter"in son matçında heç-heçə etdi - YENİLƏNİB

19:53 21 Yanvar 2017

“İnter” Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama matçını keçirib.

 

Sportarena.az xəbər verir ki, “bankirlər” Rusiyanın Premyer Liqa klublarından “Orenburq”la qarşılaşıb. Təmsilçimiz rəqibi ilə "sülh bağlayıb" - 1:1.
 

Qeyd edək ki, Antalyada indiyə qədər 3 yoxlama oyununda qüvvəsini sınayan keçirən “İnter” Qazaxıstanın “Ordabası” (0:0) və Rumıniyanın “Botoşani” (1:1) klubu ilə bərabərə qalıb, Tacikistan təmsilçisi “İstiqlol”u (2:1) məğlub edib.

 

 

Yoxlama oyunu

21 yanvar

“İnter” - “Orenburq” 1:1

Qol: Pərdis Fərcad-Azad, 90

“İnter”: Səlahət Ağayev, Denis Silva, İlkin Qırtımov, Fuad Bayramov, Tərlan Quliyev, Zurab Xizanişvili, Elnur Abdullayev, Abbas Hüseynov, Mirsahib Abbasov, Nizami Hacıyev, Rauf Əliyev


Digər xəbərlər

Xəbər xətti