Dünya şöhrətli hakimə vəzifə verildi

13:18 21 Yanvar 2017

Öz dövründə yaşıl meydanlarda ədalətli hakimliyi ilə tanınan italiyalı Pyerluici Kollina FİFA Hakimlər Departamentinin sədri vəzifəsinə təyin olunub.

 

Sportarena.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb. Kollina bu vəzifədə ispaniyalı Anxel Mariya Vilyarı əvəzləyib. O, eyni zamanda UEFA-da hakimlik məsələləri üzrə baş kabit kimi çalışır.

 

Qeyd edək ki, Kollina 6 dəfə (1998 - 2003) dünyanın, 7 dəfə İtaliya A Seriyasının ən yaxşı hakimi sayılıb.


Digər xəbərlər

Xəbər xətti