"Zirə"dən ikinci transfer

13:56 21 Yanvar 2017

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən "Zirə” qış transfer pəncərəsi zamanı ikinci futbolçunu heyətinə qatıb.
 
 
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı müdafiəçi Akim Latifu bundan sonra "qartallar"ın formasını geyinəcək. Onunla 1,5 illik müqaviləyə imza atılıb. Latifu bu gündən "Zirə”də məşqlərə başlayacaq.
 
 
Qeyd edək ki, Akim Latifu karyerasına Nigeriyada başlayıb. O, Norveç, Ukrayna və Türkiyədə də çıxış edib. Müdafiəçi həmçinin, Nigeriya yığmasının formasını geyinib. Latifu Sadiq Quliyevdən sonra "Zirə"nin ikinci qış transferi olub. 


Digər xəbərlər

Xəbər xətti