Federasiya filmə xəbərdarlıq etdi - O səhnəni dəyişin - VİDEO

14:33 21 Yanvar 2017

Türkiyəli aktyor Şahan Gökbakanın müəllif olduğu "Recep İvedik 5" filmi son zamanların ən çox müzakirə edilən filmidir.

 

Sportarena.az xəbər verir ki, Gökbakan film yayımlanmamış qınaq obyektivinə çevrilib. Məlum boks səhnəsinə görə öncə azərbaycanlı izləyicilərin təzyiqi üzləşən və həmin hissəsini filmdən çıxarmaq məcburiyyətində qalan akyor bu dəfə Türkiyənin Güləş Federiyasının hədəfinə tuş gəlib.

 

Sözügedən idman növünü gülüş obyektinə çevirdikləri üçün TGF "Recep İvedik 5" filminə görə bəyanat yayıb. Qurum Rio Olimpiadasında Türkiyənin qazandığı 8 medalın 5-nin güləşin payına düşdüyünü xatrladaraq, güləşlə bağlı epizodun idman qaydalarına uyğun nümayiş etdirilməsini və ya həmin hissənin filmdən çıxarılmasını tələb edir, əks təqdirdə hüququ yollara baş vurulacağını bildirib.

 

Artıq federasiya rəhbərliyi məsələ ilə bağlı Türkiyənin İdman və Mədəniyyət Nazirliyini xəbərdar edib, adı çəkilən qurumlardan bu barədə tədbir görülməsi istənilib.

 

 


Digər xəbərlər

Xəbər xətti