"Mançester Siti" və "Yuventus"ın keçmiş futbolçusu "Qəbələ"də?

15:27 21 Yanvar 2017

Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan "Qəbələ" heyətini ulduz futbolçu ilə gücləndirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Belə ki, "qırmızı-qaralar" bu ölkənin tanınmış futbolçularından olan Valeri Boyinovu heyətinə qatmağa yaxındır. Həmkarlarımızın iddiasına görə, tezliklə Premyer Liqa klubu ilə futbolçu arasında 1,5 illik müqavilə bağlanacaq.

 

Qeyd edək ki, Boyinov karyerası ərzində "Yuventus", "Fiorentina", "Mançester Siti", "Parma" kimi klublarda çıxış edib. O, son olaraq Serbiyanın "Partizan" klubunda forma geyinib.


Digər xəbərlər

Xəbər xətti