Ronaldo Çin klubuna satılır?

22:31 21 Yanvar 2017

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu kareyrasını Çində davam etdirəcək. 

 

Sportarena.az xəbər verir ki, klubun prezidenti Florentina Peres İspaniya mətbuatına açıqlamasında buna eyham vurub. Onun sözlərinə görə, 31 yaşlı hücumçu 2018/2019 mövsümündə Asiyaya transfer olunacaq.

 

Madrid təmsilçisi ötən ilin noyabrında portuqaliyalı futbolçu ilə müqavilə müddətini 2021-ci ilədək artırsa da, onun satışından əldə olunacaq məbləğ kluba böyük xeyir verəcək.

 

Qeyd edək ki, bir neçə gün əvvəl "Real"a Çindən Ronaldu üçün 300 milyon avro təklif edilib.


Digər xəbərlər

Xəbər xətti