Yığma komandalar hazırlıqlarını davam etdirir - VİDEO

21:53 21 Yanvar 2017

Ağır atletika üzrə yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandalar yanvarın 5-dən bu il üçün ilk təlim-məşq toplanışına start verib.

 

Sportarena.az xəbər verir ki, AAAF Park Yaşayış Kompleksinin təlim-məşq bazasında məşqlərini davam etdirən idmançılar qarşıdakı daxili və beynəlxalq yarışlara hazırlaşırlar. Atletlərin qidalanma, yaşayış, geyim, məşq avadanlıqları və başqa tələbləri yerinə yetirilib, maksimum şərait yaradılıb. Atletlərin çalışmalarına yığma komandaların məşqçilər heyəti nəzarət edir. Mütəxəssislər qeyd edir ki, düşərgədə yüksək əhval-ruhiyyə hökm sürür, verilən tapşırıqlar böyük həvəslə yerinə yetirilir.

 

Əlavə edək ki, əsas yığma komandanın üzvləri növbəti təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanacaq. Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Podolsk şəhərində keçiriləcək toplanış barədə ətraflı məlumat veriləcək.

 

 


Digər xəbərlər

Xəbər xətti