"Şahdağ" "Neftçi"yə qalib gəldi

21:34 21 Yanvar 2017

Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən "Şahdağ" üçüncü yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, Birinci divizion təmsilçisi "Bayıl Arena"da "Neftçi"nin əvəzedici komandasının qonağı olub. Qusar klubu ilk hissəni məğlub bitirsə də, ikinci hissədə dönüş etməyə müvəffəq olub və qarşılaşmadan qalib ayrılıb - 1:2.

 

Qeyd edək ki, "Şahdağ" əvvəlki yoxlama görüşlərində AZAL-ın U-19 komandasını 6:0 hesabı ilə məğlub etmiş, "Sumqayıt"ın əvəzedici komandası ilə bərabərə qalmışdı - 2:2. Komanda son yoxlama görüşü yanvarın 24-də "Qaradağ Lökbatan"ın qonağı olacaq.


Digər xəbərlər

Xəbər xətti