"Şahdağ"ın prezidenti: "Artıq bizim növbəmizdi" - AÇIQLAMA

Sportarena.az      22 Yanvar 2018, 12:34

Dünən Birinci divizion təmsilçisi "Şahdağ" dünən qış hazırlığı çərçivəsində "Neftçi"nin əvəzedici heyətinin qonağı olub. Qusar təmilçisinin qələbəsi ilə nəticələnən görüşdən (2:1) sonra klub prezidenti Ərəstun Niftiyev Sportarena.az-a açıqlama verib.

 

Klub prezidenti klubun maliyyə durumundan, görülən işlərdən danışıb:

 

"Komandanın qış hazırlğı barədə baş məşqçimizlə danışsaz, daha yaxşı olar. Bu işlə o məşğul olur. Klubumuzun maliyyə baxımından heç bir problemi yoxdur. Hər şey qardasındadır. Komanda bu qışdan etibarən "Ümid" otelində məskunlaşacaq. Əvvəllər ev tutmalı olurduq. Bundan sonra fitnes məşqlərimizi isə Qusar Olimpiya Kompleksinin zalında keçəcəyik. Əvvəl oradan pullu istifadə edirdik, kompleks rəhbərliyi ilə görüşdükdən sonra onlar bu xidməti bizim üçün pulsuz etdilər. Biz yalnız fitnes zalından pulsuz istifadə edəcəyik".

 

Niftiyev artıq Premyer Liqada oynamaq istədiklərini də söylədi:

 

"Yeni mövsümdən hədəfimiz Premyer Liqaya yüksəlmək olacaq. Biz özümüz də bu vəziyyətdən bezmişik. Artıq neçə ildi Birinci divizionda iştirak edirik. Biz burda oynadığımız dönəmdə neçə klub Premyer Liqaya yüksəlib. Artıq bizim növbəmizdi. Hazırda qurduğumuz komanda birinci dövrədə olsaydı, elə bu il Premyer Liqaya iddialı ola bilərdik. İnşallah növbəti mövsüm hər şey yaxşı olacaq".

 

Heybət Məmmədov

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin