Futbolçularımız oynamadı, "Boavişta" qələbə qazandı

12:57 22 Yanvar 2017

Portuqaliya Premyer Liqasında 18-ci turun oyunları keçirilir.

 

 

Sportarena.az xəbər verir ki, millimizin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi "Boavişta” səfərdə “Arouka”ya 2:1 hesabı ilə üstün olub. Ağayev cəzası səbəbindən bu matçda iştirak etməyibsə, Mahmudov ehtiyat oyunçular sırasında yer almasına rəğmən, meydana buraxılmayıb.

 

 

Qeyd edək ki, bu qələbə sayəsində xalını 24-ə çatdıran “Boavişta” turnir cədvəlində 7-ci pilləyə yüksəlib. Portu klubu Avropa Liqasına vəsiqə verən 5-ci yerdən cəmi 7 xal geri qalır.


Digər xəbərlər

Xəbər xətti