Türkiyə klubunun prezidenti vəfat etdi

15:38 22 Yanvar 2017

Türkiyənin “Gənclərbirliyi” klubunun prezidenti İlhan Cavcav dünyasını dəyişib.

 

Sportarena.az xəbər verir ki, Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 39 ildi Ankara təmsilçisinin prezidenti olan Cavcav 81 yaşında həyatla vidalaşıb. Beyninə qan sızmadan dünən axşam xətəxanaya yerləşdirilən Cavcav bu gün dünyasını dəyişib.

 

Qeyd edək ki, mərhum klub prezidenti olduğu 39 il ərzində 42 baş məşqçiylə çalışaraq rekorda imza atmışdı.


Digər xəbərlər

Xəbər xətti