Kamran Əlibabayev: "Hər şey maliyyədən asılıdı" - MÜSAHİBƏ

18:25 22 Yanvar 2017

"Şahdağ"ın baş məşqçisi Kamran Əlibabayev Sportarena.az saytına müsahibə verib.

 

- Komandanın qış hazırlığı necə gedir?
- Çətinliklər var. Hava ilə əlaqədar məşq edə bilmirik. Qusarda hava qarlı keçir. Bu da stadionun vəziyyətinə təsir edir. Ona görə də daha çox fiziki məşqlərə üstünlük veririk. Fiziki cəhətdən komandanı oyunlara daha yaxşı hazırlamağa çalışırıq.

 

- İkinci dövrə ilə bağlı fikirləriniz necədi? Komanda yoxlama oyunlarında yaxşı təsir bağışlayır...
- İnşallah, hər yaxşı olacaq. İkinci dövrədə ümidlərimiz böyükdü.

 

- Baxışda olan futbolçularla bağlı yekun qərar vermisiz?
- Baxışa gələn futbolçulardan oyunlarını bəyəndiklərim var. Amma yekun qərarı yaxın 2-3 gün ərzində verəcəm. Hələ heç nə dəqiq deyil.

 

- Premyer Liqada klubların sayı azaldığından futbolçuların əksəri Birinci divizionda oynamalı olub. Bu məqamı nəzərə alsaq, yəqin yaxşı futbolçu seçimi artıb...
- Hər şey maliyyədən asılıdı. Yaxşı futbolçu transfer etmək üçün yaxşı maliyyə də lazımdı. Hamı büdcəsinə görə hərəkət etməyə çalışır. Biz də yerli futbolçulara üstünlük veririk

 

- Yerli futbolçular demişkən, "Şahdağ" Azərbaycan futboluna Rahid Əmirquliyev, Namiq Ələsgərov və başqa oyunçuları bəxş edib. Amma indi yeni futbolçular yetişmir. Bu nə ilə bağlıdı?
- Bəli, bir ara durğunluq oldu. Biz aprel-may aylarından uşaq komandalarıyla bağlı işlərə başlayacağıq. Bütün yaş qruplarının fəaliyyəti təkmilləşdiriləcək. Komandalarımız AFFA-nın bayrağı altındakı bütün turnirlərdə də iştirak edəcək. Nə lazımdısa edəcəyik. Hazırda əlimizdə 4-5 istedadlı gənc futbolçu var. Onları çempionat oyunları üçün sifariş edəcəyik. Mümkün olduğu gəncləri meydana buraxmağa çalışacam.

 

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti