"Traktor Sazi" qələbə qazandı

10:38 23 Yanvar 2017

İran çempionatında 17-ci turun oyunları keçirilir.
 

Sportarena.az xəbər verir ki, “Traktorsazi” klubu səfərdə səfərdə “Pekyan”la qarşılaşıb. Oyun təbrizlilərin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Xalını 37-yə çatdıran Cənubi Azərbaycan klubu ikinci pillədəki yerini möhkəmləndirib. “Al qurdlar”ı lider “Persepolis”dən cəmi 1 xal ayırır.

 


Təbrizin digər təmsilçisi “Maşın Sazi” isə öz meydanında “Səba Qum”la üz-üzə gəlib. Oyun qolsuz heç-heçə ilə başa çatıb. “Maşın Sazi” 9 xalla sonuncu pillədə qərarlaşıb.


Xəbər xətti