"Hər iki oyundan razı qaldım" - Qurbanov - AÇIQLAMA

10:55 23 Yanvar 2017

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində "Atırau" (0:1) və "Termalika"ya (3:2) qarşı keçirdikləri yoxlama matçından sonra fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, o, təlim-məşq toplanışından razı qaldığını bildirib:

 

"Hər iki oyundan razı qaldım. Futbolçular son ana qədər vuruşdular, mübarizə apardılar. Hər bir futbolçu işlərinə ciddi yanaşdılar, yaxşı hazırlaşdıq. Hələ tam olaraq hazır deyilik, bir neçə tur sonra komanda tam hazır olacaq. Çalışdıq ki, bu toplanışı maksimum şəkildə yaxşı dəyərləndirək".


Digər xəbərlər

Xəbər xətti