"Qəbələ"nin Bojinov planı baş tutmadı

12:10 23 Yanvar 2017

"Qəbələ"nin "Partirzan"ın futbolçusu Valeri Bojinovu transfer etmək istədiyi barədə xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa klubunun cəhdlərinə rəğmən, keçid baş tutmayacaq. Bu barədə futbolçunun özü Bolqarıstan mətbuatına məlumat verib. Hücumçu bildirib ki, "Qəbələ" onun transferində maraqlı olsa da, klublar transfer məbləğində razılığa gələ bilməyiblər. Bu səbəbdən futbolçu mövsümün qalan hissəsini Serbiya klubunda keçirəcək.

 

Qeyd edək ki, Bojinovun "Partizan"la müqaviləsi mövsümün sonunda başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti